image-rt-reklam
image-img-20230508-wa0045backend

Bakıdan Berlinə – 9 Mayın xatirəsi yaşayır

image-728x90

Rusiyanın ən qərbi vilayəti olan Kalininqraddda bu yaxınlarda Qələbə gününə həsr edilmiş dəyrimi stol təşkil olunub

Kalininqradın ictimai təşkilatı olan “Stan-Çentr” Şərqi Avropadan və Mərkəzi Asiyadan olan ekspertləri ora toplayaraq faşizm üzərindəki qələbə 78-ci ildönümündə beynəlmiləlçiliyin bu zəfərə verdiyi töhfəni müzakirə edib.

Ekspertlərdən biri, müsəlman icması “İhsanın” sədri, əslən azərbaycanlı olan Yavər Hüseynov qeyd edib ki, bəzi qərb dairələrinin bütün cəhdlərinə baxmayaraq, keçmiş SSRİ respublikalarının bütün xalqları faşizm üzərindəki qələbəni qeyd edir və bu zəfərin qazanılmasında rolu olan bütün qəhrəmanları yad edirlər.

image-img-20230508-wa0046

“Bzim müsəlman icması qəhrəmanlar xiyabanı yaradıb. Burada o illər döyüşlərdə iştirak etmiş qəhrəmanlar haqda məlumatlar yazılmış lövhələr yerləşdirilib. Burada rusalar, ukraynalılar – iki dəfə Sovet İttifaqı qəhrəmanı Nikolay Semeyko, o cümlədən azərbaycanlı, belarus, özbək, tacik, dağıstanlı və başqa millətlərin nümayəndələri olmuş döyüşçülər haqda məlumatlar var. Bilirsiniz, 30 il bundan əvvəl burada, Rusiyada vətənpərvərlik ideologiyası yox idi. Amma dövlətin, xalqın ideologiyası olmasa, gənclər vətənpərvərlik ruhunda böyüdülməsə, ölkənin gələcəyi ola bilməz”, – deyə Hüseynov bildirib.

Bişkekdən olan politoloq Arsen Useynov isə qeyd edib ki, qırğız xalqı “Böyük vətən müharibəsi xalqımız üçün sakral məna daşıyır” kursunu dəstəkləyir.

“Qırğızıstanda BVM-nin tarixini heç kim saxtalaşdırmır. Müharibənin məğzi, məqsədi və nəticələri həmişə olduğu kimi gənc nəslə çatdırılır. Biz Böyük vətən müharibəsində hansı xalqın, konkret qırığz xalqının və ya başasının daha çox rol oynadığı haqda mübahisələr açmırıq. Qələbə bütün xalqların iştirakı və ümumi zəhməti ilə qazanılıb. Bütün xalqlar öz övladlarını bu müharibədə qurban veriblər. Biz faşizmin qəhrəmanlaşdırılmasının qəti əleyhinəyik və istiqamətdə konkret qanunlar qəbul olunur və bu qanunlar işləyir. Qələbəyə həsr olunmuş tədbirlər isə siyasiləşdirilmir”, – Useynov bildirib.

Almaniyanıən Hamburg əyalətinin “Almaniya üçün alternativ” paretiyasından olan deputatı Olqa Peterzen isə öz növbəsində bildirib:

“Əsas odur ki, biz unutmayaq – kim hansı millətdən olur olsun, azıərbaycanlı, özbək, qazax, rus, belorus, ukraynalı və.s. bütün SSRİ-də yaşayanların bu ümumi qələbəsidir. Bu bizim ümumi tariximiz, ümumi itkilərimizdir”.

Daha sonra alman deputat keçmiş ittifaq xalqlarına müraciət etdi: “Bütün keçmiş sovet xalqlarına müraciət edirəm. Rus dilini saxlayın. Bu ümumi bağı saxlayın. Bu sizə atalarınızdan qalıb və ümumi dil tapmaqda sizə kömək edəcək”.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Qələbə günü ərəfəsində Azərbaycan prezidenti ilham Əliyev Böyük vətən müharibəsi iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 1,7 milyon dollar vəsait ayırıb. Sərəncama əsasən hər bir müharibə iştirakçısı 1,5 min manat (900 dollar) məbləğində yardım alacaq. Müharibədə 700 000 Azərbaycan vətəndaşı iştirak edib və onlardan yarısı döyüşlərdə həlak olub. Hazırda Azərbaycanda 60 BVM iştirakçısı yaşayır.

Andrey Beloborodov

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90