image-2000x150
image-fotojet58backend

Bakıda üç nəfərin öldüyü qəzanın görüntüləri – ANBAAN VİDEO

image-728x90

Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntülərini yayıb.

Videoda hadisə zamanı Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə yol-hərəkəti qaydalarını kobudcasına pozması və dönmə manevrini həyata keçirərkən 34 yaşlı Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili vurması əks olunub.

Qeyd edək ki, nəticədə minik maşınında olan sərnişinlər – 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı, 63 yaşlı Xələfova Təranə Xanlar qızı və sürücü Famil Məhərrəmov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmin görüntüləri təqdim edirik:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90