Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayaya hökm oxunub və o, 11 müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə elan edilib.
2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
İttiham aktına görə, zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.
İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.
Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O, iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləyib.