ABŞ-ın “İnter Mayami” klubunun futbolçusu Lionel Messinin dekabrın 11-də Bakıya gələcəyi ilə bağlı xəbər vermişdik.
Ulusal.az xəbər verir ki, səfərin detalları məlum olub.
Ulduz futbolçu komanda yoldaşları – Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə ölkəmizə gələcək. Dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar futbolçuları görmək imkanı qazanacaqlar.
2 saat davam edəcək tədbirin biletlərinin qiyməti isə 10 – 50 AZN arasında dəyişir.
Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film də nümayiş olunacaq. Həmçinin dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur “Morandi” qrupu çıxış edəcəklər.