image-2000x150
image-1backend

Bakıda məşhur alimi maşınla vuran şəxs tanınmış həkimdir

image-728x90

Bakıdakı yol qəzasında həlak olmuş tanınmış alim Arif Acaloğlunu vuran “Mercedes” markalı avtomobilin sürücüsünün kimliyi məlum olub.

Ulusal.az xəbər verir ki, APA-nın məlumatına görə, avtomboili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Qeyd edək ki, Azər Maqsudov da kifayət qədər tanınmış şəxsdir.

O, 1998-ci ildən KTM-nin Toksikologiya şöbəsinin müdiri vəzifəsində çalışır.

Xatırladaq ki, mərhum alim Arif Acaloğlu 1992-1993-cü illərdə Azərbaycanın Prezidenti olmuş Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarından Türkiyəyə köçüb. Arif Acaloğlu son vaxtlar Mərmərə Universitetində çalışırdı. O, Qafqaz, Orta Asiya və Sibirdə Türk tarixini araşdırmaq məqsədilə çoxsaylı akademik fəaliyyətlər göstərib.

Bədbəxt hadisə noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində baş verib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90