image-rt-reklam
image-31jpg-1705481163backend

Bakıda kişi işdən çıxmaq istəyən arvadını döydü

image-728x90

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərrux Məmmədovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2023-cü ilin aprelin 27-də, saat 07 radələrində paytaxtın Xəzər rayonu ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, Fərrux Məmmədov arvadı, zərərçəkmiş Günay Məmmədova (ad şərtidir) ilə ailə məişət zəminində mübahisə edib. Bu zaman o, şüşə qab, əli və ayağı ilə qadının başına, sağ bazu, sağ bud, kürək və qarın nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib. Məhkəmə iclasında Fərrux Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, 2023-cü il aprel ayının 27-də yaşadıqları evdə həyat yoldaşı Günay Məmmədova ilə aralarında mübahisə yaranıb. Buna səbəb isə arvadının qayınanası, yəni özünün anası ilə bir yerdə işləmək istəməməsi, ona başqa bir yerdə iş olduğunu və anasının yanındakı yerdən çıxıb, həmin yerə işə gedəcəyini bildirməsi olub. Fərrux Məmmədov dindirilərkən deyib ki, Günaya razılıq verməyib və əsəbiləşərək ona iki şillə vurub və daha sonra işə gedib: “Arvadım isə bundan əvvəl həyətdə olarkən yıxılıb və əməliyyata ehtiyacı yaranıb. Mən ona heç bir xəsarət yetirməmişəm”. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90