image-2000x150
image-1backend

Bakıda kanalizasiya daşdı, evlər su altında qaldı – VİDEO

image-728x90

Dünən yağan güclü yağış nəticəsində paytaxtın bir neçə ərazisini su basıb.

Ulusal.az “İTV Xəbər”ə istinadən məlumatına görə, buna səbəb Biləcəri qəsəbəsində yağış və kanalizasiya sularının daşmasıdır.

Evləri su altında qalan sakinlər bildirir ki, aidiyyəti qurumlar zənglərə cavab vermir, şikayətlərlə maraqlanmırlar:

“Bir gündə on dəfə zəng etmişəm. Cavab verən yoxdur” .

Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov deyib ki, narahatlığa heç bir əsas yoxdur:

“Yağış intensiv yağdığından nasoslar çatdırmırdı. Hazırda nasoslar tam gücü ilə işləyir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə qeyd edib ki, mövcud kanalizasiya infrastrukturu həm yağış, həm də tullantı sularını daşımaq gücündə deyil.

Ətraflı videomaterialda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90