Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.