image-rt-reklam
image-1backend

Bakıda iş adamı yol qəzasında öldü

image-728x90

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Ulusal.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 01:40 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Kia Rio” markalı avtomobil beton dirəyə çırpılıb. Daha sonra nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan Elman Cəbrayılovun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Nəticədə R.Həsənov xəstəxanaya aparılarkən vəfat edib.

Bildirilir ki, qəzada həyatını itirən sürücü Bakıda bir neçə restorana sahib olub.

Faktla bağlı cinayət işi başlanıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90