Bakıda hazırda İranın casus şəbəkəsinə qarşı əməliyyat aparılır.
Ulusal.az xəbər verir ki, bu barədə jurnalist Elçin Aloğlu məlumat yayıb.
Əməliyyatın detalları haqda məlumat yoxdur.
***
DİN-in İranın casus şəbəkəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılanların adları açıqlanıb.
Bildirilib ki, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.