image-rt-reklam
image-1backend

Bakıda həbsdə olan separatçılarla bağlı İrəvanda nə baş verir?

image-728x90

Bakıda həbsdə olan separatçılar – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan, Ruben Vardanyan və Davit İşxanyanı Ermənistanda unudublar.

Ulusal.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr yazır ki, Ermənistanda vəziyyətlə barışıblar: “Nikol Paşinyan “Ermənistan” blokunun üzvü Aqvan Vardanyanın bununla bağlı verdiyi sualı cavabsız qoydu. Alen Simonyan məsələ ilə bağlı hökumətə yazılı müraciət etməyi təklif edib. Hətta müxalifət nümayəndələri və məhbusların (separatçılar) qohumları da susur. Onlarla dostluq münasibəti olanlar belə danışmır. Ermənistan hakimiyyəti Əliyevdən qorxduğu üçün danışmır, amma digərlərinin susqunluğu anlaşılan deyil”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90