image-rt-reklam
image-0-1648978642-nadira-post-material_-1backend

Bakıda erməni əsilli müğənninin konsertini kimlər təşkil edir? – AÇIQLAMA

image-728x90

Anası erməni olan, 1981-ci il təvəllüdlü rusiyalı estrada müğənnisi Aleksey Çumakovun aprelin 20-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcəyi xəbəri sosial şəbəkələrdə tənqid edilib.

Ulusal.az xəbər verir ki, konsert proqramını reklam edən “33 Events” şirkətinin rəhbəri Elxan Peysaxov Teleqraf-a açıqlamasında konsertin təşkilatçısının onun şirkətinə aid olmadığını deyib.

“Şirkət mənə məxsusdur. Amma Aleksey Çumakovun konsertinin təşkilatçılığı bizim şirkətə deyil, Moskva şirkətlərindən birinə aiddir” -, deyə E.Peysaxov deyib.

Bakı Konqres Mərkəzindən isə bildirilib ki, konsertin təşkilatçısının adının açıqlanmasına icazə verilmir.

Xatırladaq ki, Aleksey Çumakovun konsertinə biletin qiymətləri 49-599 manat aralağındadır.

Qeyd edək ki, Aleksey Çumakovun anası Liliya Avanesovna ermənidir, keçmiş Dağlıq Qarabağda doğulub. Atası ilə bolqardır. İfaçı özü Özbəkistanda anadan olsa da, hazırda Rusiya vətəndaşıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90