Bakıda evdən iki meyit tapılıb.
Ulusal.az xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.
Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.
Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.
Faktla bağlı araşdırma aparılır.