image-2000x150
image-avtobusbackend

Bakıda avtobus tıxacda qaldı, sərnişin öldü

image-728x90

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.

Ulusal.az xəbər verir ki, bu barədə jurnalist Günəş Mərd məlumat verib.

O bildirib ki, hadisə Sabunçu rayonu Şəhər şosesində – “Bakubus” MMC-yə məxsus M8 xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Təxminən 45-50 yaşlarında olan kişinin halı qəfil pisləşib. Yolda yaranan tıxaca görə, kişini xəstəxanaya çatdırmaq mümkün olmayıb və o, dünyasını dəyişib.

“Avtobus tıxacda 40 dəqiqə eyni yerdə dayandı. Yaşlı kişi infarkt keçirdi, yerindəcə öldü”, – jurnalist deyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90