image-2000x150
image-1backend

Bakı və İrəvan arasında sülh – Ərdoğan arzularını DİLƏ GƏTİRDİ

image-728x90

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını arzulayırıq.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Cənubi Qafqazda sabitliyin qorunması Türkiyənin prioritetlərindən biridir.

Türkiyə Prezidenti Şərqi Aralıq və Egey dənizində Yunanıstanla münasibətlərdə son zamanlar formalaşan mənfi atmosferin dəyişəcəyinə və səylərin konkret nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. R.T.Ərdoğan əlavə edib ki, Türkiyə Balkanlarda sabitliyə və sülhə xidmət edən addımları hər zaman dəstəkləyir.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin NATO müttəfiqi olan ABŞ ilə Vaşinqtonda keçirilən sonuncu strateji mexanizm görüşündə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılıq əldə olunub və Türkiyənin Avropa İttifaqına üzvlüyü strateji məqsəd olaraq qalır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90