Bu gün Bakı Metropolitenində doğulan körpə 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək. Ulusal.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Hərəkət xidmətinin rəisi Anar Zamanov bildirib. Xidmət rəisi açıqlamasında bildirib:
“Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”.