image-rt-reklam
image-1backend

Bakı bulvarında nəhayət ki, gəmi gəzintisi bərpa edildi – FOTO

image-728x90

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bildirib ki, 2022-ci ildə dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar gəmi gəzintisində fasilə yaranmışdı.

O qeyd edib ki, iki illik fasilədən sonra “Mirvari” gəmisi yenidən fəaliyyətə başlayıb.

“Bakı Bulvarında gəmi gəzintisi bu gündən bərpa edildi. Gəminin təhlükəsiz və rahat hərəkəti məqsədilə “Mirvari” gəmisi təmir işləri görüləndən sonra artıq istifadəyə hazır vəziyyətə gətirilib. Noyabrın 1-dən etibarən gəmi artıq fəaliyyətə başlayıb.

Dəniz suyunun aşağı enməsi ilə əlaqədar artıq gəminin yeni ünvandan hərəkəti müəyyənləşdirilib. Əvvəl Sadko körpüsünün yanından hərəkət edirdisə, artıq dəniz vağzalının qarşısından hərəkətə keçəcək. Çünki burada dənizin dərinliyi gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan yaradır”, – deyə o qeyd edib.

O vurğulayıb ki, qiymətlər gəmidə yerinə görə 5-10 manat arasında dəyişir.

Qeyd edək ki, gəzintinin müddəti 35-40 dəqiqə çəkir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90