image-rt-reklam
image-4backend

Bağçalarda sağlam qidalanma ilə bağlı tədbirlər

image-728x90

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində sağlam qidalanmanın təbliği və təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir.

Maarifləndirici tədbirlərin əsas məqsədi uşaqları düzgün qidalanma qaydaları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat vermək, qida təhlükəsizliyi mövzusunu təbliğ etmək, uşaqlara qida təhlükəsizliyi ilə bağlı bilik və müvafiq vərdişləri aşılamaqdan ibarətdir.

Tədbirlərdə “Sağlam qidalanaq, sağlam yaşayaq”, “Sağlam həyat, sağlam qida”, “Sağlam qida, sağlam həyat tərzi” kimi mövzularda uşaqlarla fikir mübadiləsi aparılır, düzgün qidalanma ilə bağlı müvafiq tövsiyələr verilir. Həmçinin uşaqları maraqlandıran suallar cavablandırılır və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılır.

Sonda balaca fidanlar sağlam qidalardan müxtəlif yeməklər hazırlayırlar.

Qeyd edək ki, sağlam qidalanma ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90