image-2000x150
image-1backend

AzTV: Ermənistan 3 rayonun mina xəritəsini Azərbaycana VERƏCƏK – VİDEO

image-728x90

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb. Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə Mher Qriqoryan rəhbərlik edir.

Ulusal.az xəbər verir ki, AzTV görüş barədə bir sıra məqamları açıqlayıb.

Bildirilir ki, görüş zamanı Ermənistan 3 rayonun mina xəritəsini Azərbaycana təhvil verəcək. Tərəflər sülh müqaviləsi üzrə işlərin daha da sürətləndirilməsi istiqamətində müzakirələr aparacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycana yeni mina xəritələri verəcəyini açıqlayıb. Ermənistanın təqdim etdiyi mina xəritələrinin yararsız və natamamlığı dəfələrlə bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90