image-rt-reklam
image-1backend

“Azı 315 min rus əsgəri ölüb və ya yaralanıb…” – “Ukraynaya dəstək ABŞ-yə geosiyasi gəlirlər gətirəcək”

image-728x90

Ukraynadakı müharibə zamanı ən azı 315 min rus əsgəri öldürülüb və ya yaralanıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bu barədə danışıb.

Onun sözlərinə görə, müharibə zamanı Rusiyanın müharibədən əvvəlki tank ehtiyatlarının üçdə ikisi məhv edilib və on il davam edən hərbi modernləşdirmə proqramı silinib.

“Son iki onilliyin çox hissəsini Rusiya Prezidenti Vladimir Putinin təcəssüm etdirdiyi narazılıq, ambisiya və etibarsızlığın yaratdığı vəziyyəti anlamağa çalışdım. Bir şey öyrəndim ki, onun cəmiyyətə total nəzarət etmək istəyini qiymətləndirməmək səhv olardı. Putinin fikrincə, Ukraynaya bu nəzarət olmadan Rusiya nə böyük güc ola bilər, nə də o, böyük Rusiyanın lideri ola bilər”, – deyə Börns bildirib.

MKİ rəhbərinin sözlərinə görə, bu il Rusiya üçün Ukraynada döyüş meydanı çətin olacaq. Börns hesab edir ki, Putin zamanın onun tərəfində olduğuna, Ukraynanı və onun Qərb tərəfdarlarını yıxmağa nail olacağılna inanır. O, qeyd edib ki, Rusiya hazırda Çindən gələn ehtiyat hissələri, həmçinin İran və Şimali Koreyadan əldə etdiyi silah və sursatla müdafiə istehsalını bərpa edir.

MKİ rəhbəri yazır: “Ukraynanın vəzifəsi Putinin təkəbbürünü məhv etmək və münaqişənin davam etdirilməsinin Rusiyaya baha başa gəldiyini nümayiş etdirməkdir”.

Börnsə görə, uğurun açarı Qərbin Ukraynaya yardımını saxlamaqdadır: Silah təchizatının davam etməsi Ukraynanın mövqeyini gücləndirəcək. O, hesab edir ki, Ukraynaya dəstək ABŞ və Amerika sənayesinə əhəmiyyətli geosiyasi gəlirlər gətirəcək sərmayədir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90