image-rt-reklam
image-1backend

“Azərişıq” Kəlbəcərdəki multimilyonluq layihəni 10 manatlıq şirkətə həvalə ETDİ – DETALLAR

image-728x90

“Azərişıq” ASC Kəlbəcərdə elektrik təchizatı ilə bağlı iri həcmli layihəni nizamnamə kapitalı cəmi 10 manat olan şirkətə tapşırıb.

Ulusal.az 32gun.az-a istinadla xəbər verir ki, qurum Kəlbəcər şəhərində (1-ci faza üzrə) transformator məntəqəsinin tikintisi və 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi ilə bağlı 2 milyon 362 min 43 manat 52 qəpik dəyərində müqavilə imzalayıb.

Layihənin icrası “Smart Energy Services” MMC-yə həvalə edilib. Dövlət Vergi Xidmətinin məlumatına görə, şirkət 29 yanvar 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 manatdır. Əvvəlki adı isə “RX İnvest Layihə” MMC olub.

Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olsa da, hazırda bu vəzifəni Tinayev Anar Nemət oğlu icra edir.

Araşdırmalara əsasən, “Smart Energy Services” MMC son illər “Azərişıq” ASC ilə ən çox satınalma müqaviləsi imzalayan şirkətlərdən biridir. Bununla belə, şirkətin maliyyə imkanları, texniki bazası və kadr potensialı barədə açıq mənbələrdə geniş məlumat yoxdur. Bu isə onun dövlət sifarişlərini hansı meyarlarla aldığı barədə suallar doğurur.

Qeyd edək ki, Kəlbəcər işğaldan azad edilmiş bölgələrdən biridir və burada aparılan infrastruktur layihələri böyük ictimai diqqət mərkəzindədir. Mütəxəssislər hesab edirlər ki, bu cür iri layihələrin icrasında şəffaflıq və hesabatlılıq prinsipləri əsas götürülməlidir.

Xatırladaq ki, “Azərişıq” ASC-yə Vüqar Əhmədov rəhbərlik edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90