image-rt-reklam
image-photo_190098backend

“Azəriqaz” öz hesabına 114  yeni yaşayış massivini QAZLAŞDIRDI

image-728x90

“Ölkə ərazisində qazlaşdırma tədbirləri cənab  Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Ötən illərdən fərqli olaraq bu il də qazlaşdırma SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili maliyyəsi hesabına həyata keçirilir. Növbəti ildə də belə olacaq”.

Ulusal.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-in Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün keçirilən “Açıq Qapı” aksiyasında dedi.

“Bu ilin proqramına uyğun olaraq 114  yeni yaşayış massivinin və  yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulurdu. Bunların hamısında bu il qazlaşdırma başlanıldı. Qeyd etdiyim yaşayış məntəqələrində 90 faiz işlər tamamlanıb. Qalan 10 faiz növbəti ilin əvvəlində tamamlanacaq”,- deyə qurumun rəsmisi əlavə etdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90