Aprelin 8-də “Azəriqaz” İstehsalat Birliyininn “104” və “185” Çağrı mərkəzləri fəaliyyət göstərməyəcək.
Ulusal.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İdarəetmə Aparatının 104 xidmətinin rəhbəri Xalidə Şimşək bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
O deyib ki, Çağrı mərkəzləri fəaliyyətini sadəcə 1 gün dayandırılacaq:
“Çağrı mərkəzləri ilə müraciətlər qəbul edilməyəcək. “Azəriqaz” İB-in rəsmi saytından və ya WhatsApp mobil tətbiqindən olan müraciətlərə baxılacaq. Abonentlərdən müraciət edərkən əlaqə nömrəsi, abonent kodu və mövcud olan problemin bildirilməsi xahiş olunur”.