“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 25 noyabr saat 11:00-da başlayacaq.
Ulusal.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi (https://www.facebook.com/azeriqazaz/) üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.