“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət Komitəsinin (KSM) Göygöl rayonunun Tülallar kəndinin sakinləri ilə növbəti görüşü keçirilib.
“AzerGold” QSC-nin cari ildən hasilat işlərinə başladığı “Tülallar” mədəninin yaxınlığında yerləşən eyniadlı kəndin sakinləri ilə görüşdə sosial ehtiyacların müəyyənləşdirilməsi və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslərlə bağlı müzakirələr aparılıb. Görüşdə kənd sakinlərinə “Tülallar” qızıl mədəninin istismar planı barədə məlumat verilib.