image-2000x150
image-1backend

“AzerGold” Daşkəsəndə aztəminatlı ailələrə Ramazan sovqatı təqdim edib -FOTOLAR

image-728x90

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə Daşkəsən rayonunda növbəti sosial yardım aksiyası keçirilib.

“AzerGold” QSC-dən Ulusal.az-a bildirilib ki, aksiya çərçivəsində QSC-nin əməkdaşları rayonun Quşçu kəndi və eyniadlı qəsəbəsində yaşayan aztəminatlı ailələri ziyarət ediblər. Vətəndaşlara cəmiyyətin adından bayram təbrikləri çatdırılıb, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi icra edilən bu tip aksiyalar sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşıyır. Cəmiyyət hasilat və istehsalat fəaliyyəti göstərdiyi bölgədə yaşayan vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, rifah halının yaxşılaşdırılması istiqamətində davamlı olaraq sosial layihələr icra edir.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90