image-rt-reklam
image-1backend

“Azercell“ soyğunçuluğu davam edir – 2 manatlıq bahalaşma  

image-728x90

“Azercell Telekom” MMC daha iki internet paketi üzrə tarifləri artırır.

Ulusal.az  xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, qərara əsasən, dekabrın 1-dən “GigaMax” və “GigaMax+” internet paketləri üzrə qiymətlər 2 manat artırılaraq müvafiq olaraq 16,9 manatdan 18,9 manata və 26,9 manatdan 28,9 manata qaldırılıb.

Bununla yanaşı tariflər üzrə müvafiq olaraq indiyədək mövcud olan 1 və 7 mb/s maksimal sürət limitləri aradan qaldırılır.

Tariflər üzrə müvafiq olaraq təqdim edilən 60 və 80 GB internet həcmi isə olduğu kimi qalıb.

Eyni zamanda dekabrın 1-dən etibarən “GigaMax” və “GigaMax+” internet paketlərə yeni qoşulmalar dayandırılır.

Göstərilən tarixədək bu paketləri aktivləşdirən abunəçilər mövcud abunəliklərini ləğv edənədək xidmətlərdən istifadəni davam etdirə biləcəklər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90