“Rusiya polisinin son bir həftə ərzində həmyerlilərimizə qarşı apardığı qətliam siyasəti birbaşa Kremldən idarə edilir” – bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, bu əvvəlcədən planlaşdırlan bir əməldir.
“Bu Kremldə hazırlanan və onların əmri ilə icra edilən bir terror aktdır. Rusiya tərəfi deyir ki, onlar guya uzun illər axtarışda olublar. Onlardan biri qapını açıb və guya qorxudan infarkt keçirib ölüb. İkincisinin isə ölüm səbəbi hələ bilinmir. Necə yəni, bilinmir? Guya biz bilmirik ki, onların polisində insanları ölənə qədər döyürlər? Bilirik. Heç bir şübhə yoxdur buna… Deyirlər ki, necə istəyirik, elə də araşdırırıq. İstəsək döyürük, istəsək yox. İstəsək öldürürük, istəsək yox. Onların dediyindən belə çıxır. Öz ölkəmizdir, necə istəyirik, elə də araşdırırıq və heç kim burnunu soxmasın. Və bu adamlar dövlət vəzifələri tuturlar, təsəvvür edirsiniz? Görün, siyasətçilərin deqradasiya səviyyəsi hara çatıb. Bu adamlar Rusiya vətəndaşıdırsa, onları həbs edəndə öldürməlisiniz? “- deyə politoloq əlavə edib.
“Rusiya miqrantlara qarşı apardığı siyasət faşizmin əlamətləridir. Heç Hitler Almaniyası belə vəhşiliklərə imza atmırdı. Hər kəsə bəllidir ki, ən böyük mütəşəkkil cinayətkar dəstələr diasporalar deyil, Rusiya hakimiyyət strukturlarıdır. Rusiya hakimiyyət orqanları öz siyasətlərini zor, güc, vəhşilik üzərində qurub və bu olduqca acınacaqlı sonluğa səbəb ola bilər.”- deyə Arzuman Muradlı bildirib.