image-rt-reklam
image-1backend

Azərbaycanlılar Yunanıstanı qarışdırdı: Yunan xüsusi xidmət orqanları cəsus şəbəkəsini aşkar etdi

image-728x90

Yunanıstan hüquq-mühafizə orqanları İrana bağlı casus şəbəkənin üzvləri olduğu ehtimal edilən Azərbaycan vətəndaşını həbs edib. Ulusal.az xəbər verir ki, Kathimerini qəzetinin xəbərinə görə, iyun ayında Kritdə saxlanılan 26 yaşlı N.C. adlı şəxsin telefonunda aparılan təhlil nəticəsində onun həm Azərbaycanda, həm də Kritdə yaşayan həmvətənlərimizlə  əlaqəsi üzə çıxıb. Bu əlaqələrdən bəziləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) qədər gedib çıxıb.

Ekspertlərin sözlərinə görə,  şübhəli şəxs Chania hava limanından istifadə edərək Krit adasına gələn Azərbaycan vətəndaşlarının istiqamətləndirilməsində koordinasiyanın bir hissəsinı həyata keçirib. O, hava limanından otelə və digər  yerlərə eyni taksi sürücüsü vasitəsilə hərəkət edib. Hazırda sürücünün rolu araşdırılır.

26 yaşlı şəxs iyunun 22-də Souda dəniz bazasına baxan Kalivesdəki oteldə saxlanılıb. Orada aparılan axtarış zamanı Yunanıstan və NATO hərbi obyektlərinin fotoşəkillərini çəkən avadanlıq tapılıb — həmçinin onun noutbukunda təxminən 5 000 foto və video, USB yaddaşında isə Yunanıstanın “Kountouriotis” adlı fregatına aid görüntülər olub.

Tədqiqat materialları göstərir ki, o, yanvarın 6-da SKY Express reysi ilə Varşava vasitəsilə Yunanıstana daxil olub. Növbəti gün Afinada fotoqrafiya avadanlığı — Nikon kamera, ştativ və USB çubuqlar satın alıb. Müstəntiqlər hesab edirlər ki, onun fəaliyyəti altı ay ərzində aşkarlana bilməyib.

Bu hadisədən bir neçə gün əvvəl, iyunun əvvəllərində Kiprdə də bir azərbaycanlı saxlanılmışdı. Limassoldakı Britaniya hərbi bazasının müşahidəsini həyata keçirdiyi şübhəsi ilə saxlanılan bu şəxs də İran kəşfiyyatı ilə əlaqəli olduğu güman edilən əməliyyatlarda rol oynayırdı. Hər iki şübhəlinin Encryptor adlı eyni şifrələmə proqramından istifadə etməsi əlaqələrin mövcudluğunu gücləndirir.

Bu qeyri-qanuni casusluq fəaliyyəti Yunanıstan və Kiprdəki hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir və hadisə beynəlxalq kəşfiyyat dairələrinin marağına səbəb olub

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90