image-2000x150
image-40004_1300x820-900x568backend

Azərbaycanlılar Rusiyanı kütləvi şəkildə tərk edir – SƏBƏB/VİDEO

image-728x90

Bir ildən çoxdur Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya yeni mərhələ üçün hazırlıqlara başlayıb. Müharibədə xeyli canlı itki verən rus ordusu bunun yerini doldurmaq üçün yeni addımlar atmağı planlaşdırıb. Belə ki, yaxın günlərdə növbəti səfərbərliklə bağlı qərar veriləcəyi haqda məlumatlar intensivləşir. Deyilənə görə, bu qərara əsasən 55 yaşa qədər ehtiyatda olan zabitlər müharibəyə çağırılacaq. O da bildirilir ki, qərar yalnız Rusiya Federasiyasının vətəndaşı olanlara şamil edilməyəcək. Federasiya ərazisində müvəqqəti yaşayanların da məcburi qaydada müharibəyə aparılacağı gözlənilir.

Rusiyada bir neçə milyon azərbaycanlının yaşayıb-işlədiyi məlumdur. Onların arasında Rusiya vətəndaşlığını qəbul edənlərlə yanaşı, əmək miqrantı kimi bu ölkədə yaşayan xeyli soydaşımız var.

Globalinfo.az xəbər verir ki, məlumat yayıldıqdan sonra əsasən imkanlı azərbaycanlılar Vətənə üz tutmağa başlayıb. Artıq uzun illərdir Rusiyada yaşayan, çalışan xeyli sayda azərbaycanlının paytaxt Bakıya və rayonlara gəldiyi deyilir.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında Rusiyada hərbi səfərbərlik elan olunmuşdu. Həmin vaxt ölkəni xeyli sayda insan tərk edərək yaxın-uzaq ölkələrə üz tutmuşdu.

Yanvar ayından bəri Rusiyada yeni səfərbərlik olacağına dair növbəti xəbərlər yayılmağa başlayıb. Bu məlumat rəsmi təsdiqini tapmasa da insanlar bundan öncəki səfərbərlikdən nəticə çıxarıb, indidən tədbir görürlər.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90