image-rt-reklam
image-875009_srcbackend

Azərbaycanlı Yunanıstanda həbs edildi: İnsan alverində ittiham olunur

image-728x90

Ulusal.az xəbər verir ki, Yunanıstan sahillərinə qeyri-qanuni yollarla miqrant daşıyan daha bir Azərbaycan vətəndaşı saxlanılıb. Yunanıstan KİV-lərinin yaydığı məlumata görə, Simi adası sahillərində yüksək sürətlə hərəkət edən su motosikleti Yunanıstan Sahil Mühafizəsi tərəfindən aşkarlanıb və təqib edilərək saxlanılıb. Nəticədə, 42 yaşlı Azərbaycan vətəndaşı olan sürücü həbs olunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Türkiyənin Muğla vilayətinin Datça bölgəsindən üçüncü ölkə vətəndaşını su motosikleti ilə Simi adası sahillərinə – Aqios Emilianos ərazisinə gətirib və bu xidmət üçün 2 min avro alıb. Miqrantı düşürdükdən sonra motosikletlə yüksək sürətlə Türkiyə sahillərinə doğru hərəkət edib. Sahil mühafizə qüvvələrinin təqibi zamanı su motosikleti təhlükəli manevrlər edib. Nəticədə, Yunanıstan sahil mühafizəsi nəqliyyat vasitəsini saxlamağa və sürücünü həbs etməyə nail olub. Saxlanılan şəxs Simi limanına aparılıb.

İlkin araşdırmalar çərçivəsində liman idarəsinin əməkdaşları tərəfindən miqrant müəyyən edilib və o, 42 yaşlı Azərbaycan vətəndaşını özünü daşıyan şəxs kimi tanıyıb. Hazırda port idarəsi tərəfindən ilkin istintaq aparılır, su motosikletinin müsadirəsi prosesi başlayıb. Saxlanılan şəxsə qeyri-qanuni miqrant daşınması ittihamı irəli sürülüb.

Qeyd edək ki, demək olar ki, hər həftə Yunanıstan sahil mühafizəsi Türkiyədən Yunanıstana sürətli katerlərlə qeyri-qanuni miqrant daşınması halları barədə məlumat yayır. Bu halların bir çoxunda katerləri idarə edən şəxslərin Azərbaycan vətəndaşları olduğu bildirilir.

Əldə edilən məlumatlara görə, bu işlərdə iştirak edən şəxslərin əksəriyyəti 19-20 yaşlı gənclərdir. Yunanıstan mətbuatı insan alveri və qeyri-qanuni miqrant daşınması ilə məşğul olan mütəşəkkil cinayətkar qruplardan bəhs edir. Görünür, bu qruplar azərbaycanlı gəncləri katerlərin muzdlu sürücüləri kimi öz sıralarına cəlb etməyə nail olublar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90