Bakı şəhəri 53 nömrəli tam orta məktəbin şagirdi Həmid Əlizadə ABŞ-da medal qazanıb.
Ulusal.az xəbər verir ki, 53 nömrəli tam orta məktəbin rus bölməsinin VII sinif şagirdi Həmid Əlizadə ABŞ-ın Nyu York ştatının Roçestr şəhərində keçirilən RIT (Rochester Institute of Technology) tərəfindən təşkil olunmuş Genius olimpiadasında robotexnika kateqoriyasında bürünc medal qazanıb.
Həmid Əlizadəni bu uğuru münasibətilə təbrik edirk.