image-2000x150
image-unnamed-2023-03-28t134222-230backend

Azərbaycanlı milyarderlə rus prodüseri Putinə kim satıb?

image-728x90

İki “çıxış yolu” var: Sona qədər gedib, yazının yalan olduğunu demək və ölkədən qaçmaq

Ötən həftə Ukrayna mətbuatında Fərhad Əhmədovla İosif Priqojinin adına çıxılan 35 dəqiqəlik telefon söhbəti yayıldı. Bu barədə pressklub.az-da məlumat vermişdi.
İndi musiqi prodüseri, əvvəllər daha çox müğənni Valeriyanın əri kimi tanınan İosif
Priqojin Rusiyada “vaqnerçi” soydaşı Yevgeniy Priqojindən də məşhur olub, hətta
“Quql”da axtarışda birinci çıxır. Telefon söhbətində tərəflər Putin və onun
Ukraynada apardığı müharibə haqqında kəskin fikirlər söyləyib, senzuradan kənar
ifadələr işlədiblər:

“Onu (Putini – red.) bu *** salıblar. O özü-özünü salıb. Düzünü
desəm… Axı, ***, dayanaydı, Nobel mükafatını alıb, çıxıb *** gedəydi. Onsuz
da, ***, hesab elə, ölkəni verdi. Onu *** verdi. Heç nə də edə bilmərik. Bizi
***, ***. Variantımız yoxdur, ***. Yəni, hətta o *** düyməni bassa belə, ***,
bu halda bütün millətin *** gələcəyi yoxdur. Vəssalam.” (Səs yazısından).

 

Hazırda Azərbaycanda olduğu deyilən Fərhad Əhmədov səs yazısı ilə bağlı kompromata
reaksiya vermədi. Rusiyada olan İosif Priqojin isə təşviş içində ziddiyyətli
izahatlarla çıxış etməyə başladı. Prodüser ilk növbədə süni intellekti ittiham
etdi, bildirdi ki, düşmənləri onun fikirlərini neyroşəbəkələr vasitəsi ilə
kompüterdə saxtalaşdırıblar, milyarder-senatorla söhbətindən ayrı-ayrı
ifadələri bir-birinə calayıb “əsl patriota” tələ qurublar: “Keyfiyyət o qədər
yüksəkdir ki, az qala özüm də inanmışdım”. “Fontanka” nəşrinə müsahibəsini isə
Priqojin belə yekunlaşdırıb: “İndi elə bir şokdayam ki, bu ***-la necə
yaşayacağımı anlaya bilmirəm”.

Amma bu bəhanələri heç kim ciddi qəbul etmir. Əslində, söhbət zamanı səslənən
fikirlərə təəccüblənən də yoxdur. Rusiyanın elit təbəqələrində təmsil olunmuş,
Qərbin sanksiyaları nəticəsində Avropa paytaxtlarında cənnət həyatını itirmiş “məşhurlardan”
kim belə düşünmür, kimin ağlına bu cür fikirlər gəlmir ki? Təəccübləndirən
başqa şeydir: bu iki tanınmış şəxs açıq telefon danışığında ehtiyatı bu
dərəcədə əldən veriblər? Dəli olublar?

Ehtimala görə, danışıq açıq xətlə olmayıb (daha çox populyar “WhatsApp” messencerinə
işarə edilir). Bəs onda hansı qüvvə bu söhbətə qulaq asa, lentə yaza, Ukrayna
mətbuatına ötürə bilərdi? Cavab sadə görünür: ABŞ kəşfiyyat idarələri.
Kompromatı Rusiya mediasına verməyin mənası yox idi. Hazırkı şəraitdə orada heç
kim belə materialı yaymaq cəsarətində buluna bilməzdi. Odur ki, Ukrayna
telekanalı seçildi.

Rusiyanın adının çəkilməsini istəməyən təcrübəli media mütəxəssislərindən biri mənbə
axtarışında Putinin sözlərini yada salır: “Əgər siz messencerlə danışırsınızsa,
sizi amerikalılar dinləyirlər”. Sonra o, zəngin təcrübəsindən çıxış edərək,
əlavə edir: “Lakin mobil telefonla danışırsınızsa, əmin olun ki, sizi Rusiya
kəşfiyyatçıları özləri dinləyirlər. Odur ki, fikrinizi açıq bildirmək istəyəndə
seçiminizi edin: onlardan hansının əlində özünüzü daha təhlükəsiz hiss
edirsiniz? Bununla belə, tam təhlükəsizlik baxımından sizə başqa məsləhət
verərdim: dilinizi boş qoymayın. Sovet vaxtı bir ifadə var idi: “Ağıllı adamın
həmişə telefonda deməməyə sözü var”.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının yaxın adamlarından Vladimir Milov bütün
bu əhvalatın gerçəkliyinə şübhə ilə yanaşır. Onun fikrincə, “belə şeylər”i
“belə dairələrdə” heç kim nə telefonla, nə messencerlə müzakirə edər.
Müxalifətçi “Twitter” hesabında yazır ki, Əhmədovla şəxsən tanışdır, bilir ki,
o nə xislətli adamdır və “belə danışa bilməz”.

Politoloq Tatyana Stanovaya isə bu şübhələri bölüşmür və “Teleqram” hesabında yazır ki,
indi İosif Priqojinin “bir neçə yolu” var: sözünün üstündə durmaq, yazının feyk
olduğunda israr etmək (bu isə getdikcə çətinləşir, artıq “hərif”
hətərən-pətərən danışır), başına kül ələmək və ultrapatriotizmə yuvarlanmaqla
günahını yumaq (yəni, Medvedevdən misal götürmək), yaxud qaçıb gizlənmək.
Politoloqa sonuncu yol daha real görünür.Press Klub

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90