Məşhur azərbaycanlı müğənni və bəstəkar Mehdi Yarrahi “Rusərito” (Sənin hicabın) adlı yeni mahnısına görə həbs olunub.
Ulusal.az xəbər verir ki, “İslam cəmiyyətinin dəyərlərinə və normalarına zidd” hesab edilən mahnıya görə müğənniyə məhkəmə işi açılıb.
Qeyd edək ki, qadınları hicabı çıxarmağa çağıran bu üç dəqiqəlik videoklipdə “Qadın, Həyat, Azadlıq” şüarı səsləndirilib. Məşhur müğənni Tehranda doğulsa da, əslən Ərdəbillidir.