image-rt-reklam
image-1backend

Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdə olublar

image-728x90

Avqustun 14-17 tarixlərində Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycandan bir qrup media mənsubunun Türkiyənin Giresun və Ordu şəhərlərinə səfəri gerçəkləşib.

Əsas məqsəd Türkiyənin fındıq paytaxtı kimi tanınan Giresunda əsrlər boyu yetişdirilən və böyük iqtisadi əhəmiyyət kəsb edən bu məhsulun yığımı və istehsalı ilə yaxından tanış olmaq olsa da, hər iki şəhərin turizm potensialı ilə də yaxından tanış olmaq imkanı yaradıldı.

Media mənsubları Giresundan sonra Şərgi Qara dənizin qapısı – Azərbaycanın Gəncə şəhəri ilə qardaşlaşan Ordu şəhərində olublar. Dağların qoynunda, Aralıq dənizi sahilində yerləşən hər iki şəhərin təbiəti, turizm potensialı, zəngin mətbəxi, insanların zəhmətkeşliyi, sadə və səmimiliyi, qonaqpərvərliyi media mənsublarını heyran etdi.

Onu da qeyd edək ki, Azərbaycan jurnalistləri ilə yanaşı Gürcüstandan da media nümayəndləri səfər qrupunda yer alıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90