Ulusal.az xəbər verir ki, Dubayda yerləşən Middlesex Universiteti, mərkəzi korpusu Londonda (İngiltərə) yerləşən məşhur Middlesex Universitetinin ilk xaricdəki kampusudur.

2005-ci ildə açılan kampusda 118-dən çox millətdən olan 3800-dən çox beynəlxalq tələbə təhsil alır. Dubay İnformasiya və İnsan İnkişafı Təşkilatının 5 Ulduz reytinqinə malik dünya səviyyəli Britaniya universiteti olan MDX Dubai, BƏƏ-nin keyfiyyətli Böyük Britaniya təhsili təklif edən aparıcı universitetlərindən biridir.

Middlesex Universitetinin Dubay Kampusunun nümayəndələri ilə ötən il Marmara Group şirkəti ilə rəsmi görüş baş tutub. Qarşılıqlı görüşlər əsasında fevral ayının 28-də Marmara Group şirkətinin rəhbəri Fərid Həsənzadə Dubay kampusuna dəvət olunmuş və tanışıq görüşü nəticəsində universitetlə rəsmi əməkdaşlıq qurulub.

Marmara Group Star+ Agency Statusuna layiq görülüb.

Fevral ayının 28-də Dubayda baş tutan rəsmi tərəfdaşlıq görüşündə Marmara Group Star+ Agency statusuna layiq görülüb. Bu isə o deməkdir ki, Marmara Group şirkəti vasitəsilə Middlesex Universitetinə müraciət edən tələbələrə xüsusi güzəştlər nəzərdə tutulur.

Dubayda baş tutan görüşdə, həmçinin, Middlesex Universitetinin azərbaycanlı tələbələrə təklif etdiyi proqramlar, qəbul şərtləri və Dubayda iş imkanları barədə müzakirələr aparılmışdır.
Marmara Group haqqında “Marmara Group”un əsas məqsədi güvən və keyfiyyət olan xidmət göstərdiyi sahələr üzrə müraciət edən tələbələrin və valideyinlərin etimadını hər zaman doğruldub.

Mərkəz hər il müraciət edən yüzlərlə abituriyent və tələbələrin Amerikada Təhsil, Türkiyədə Təhsil, Polşada Təhsil, Litvada Təhsil,Latviyada Təhsil,Estoniyada Təhsil, və Avropanın aparıcı ölkələrində etibarlı xaricdə təhsil qəbul təminatı verməkdədir.

Bunun üçün fəaliyyət göstərən güclü komandası xaricdə təhsil almış peşekar kadrlardan təşkil olunub. Abituriyent və tələbələrin istəkləri, bacarıqları və xarici dil bilikləri əsasında onlar üçün ən uyğun tədris məsləhətləri verilməkdədir.

Marmara Group Təhsil Mərkəzinə müraciət edən namizədlərin qəbuldan sonra bütün sənədləşmə, viza , miqrasiya, qarşılanma və yerləşdirmə xidmətləri həyata keçirilir və dünyanın bir sıra ölkələrində nümayəndəliklərə malikdir.

Qeyd etmək istərdik ki, Marmara Group mərkəzinin fəaliyyəti Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi proqramlar çərçivəsində xidmət göstərir. Son olaraq Marmara Group 2018 ci ildən təhsil sektorunda keyfiyyət və etibarlılığın davamlılığını təmin etmək məqsədi daşıyan UED (Beynəlxalq Təhsil Məsləhətçiləri Birliyi) üzvü olub. Bu birliyin məqsədi Marmara Group və üzv olan digər təhsil mərkəzlərinin etibarlılığını qorumaqdır.

Marmara Groupun peşəkar fəaliyyətinə görə aldığı mükafatların sayı 4-dür. Türkiye Ödülleri 2019 layihəsində İlin Peşakar Xaricdə Təhsil Mərkəzi, Caspian Awards 2021 layihəsində Peşəkar Tədris Mərkəzi mükafatına, Gold Faces of Azerbaijan 2022 ci il Layihəsində isə Peşakar və Uğur fəaliyyətinə görə mükafatlarına layiq görülüb. Marmara Group, həmçinin, “Diamonds of Turkey Awards 2023” Azərbaycan layihəsində iştirakına və öz sahəsində göstərdiyi peşəkar və uğurlu fəaliyyətinə görə təşəkkürnamə 1-ci yer olaraq təltif edilib.

Marmara Group Xaricdə Təhsil Şirkəti – www.marmara.edu.az