image-rt-reklam
image-2backend

Azərbaycanla Yaponiya arasında turizm sahəsində memorandum imzalanıb

image-728x90

Dekabrın 13-də Yaponiyanın Nara şəhərində Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.

Memorandum sənədini Azərbaycan tərəfindən DTA sədri Fuad Nağıyev, Yaponiya tərəfindən Yaponiya Turizm Agentliyinin rəhbəri Koiçi Vada imzalayıb.

Sənəd qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirməsi məqsədi ilə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri çərçivəsində imzalanıb.

Anlaşma Memorandumunda iki ölkənin vətəndaşları arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də iki ölkənin turizm qurumları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin memoranduma əsasən turizm məhsullarının təbliğatı sahəsində hər iki tərəf turizm sahəsində təcrübə və məlumat mübadiləsinin, həmçinin təbliğat materiallarının mübadiləsinin aparılması, turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi, Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlərdə razılığa gəliblər.

Görüşdə Fuad Nağıyev səfərin məqsədinin Yaponiya ilə turizm sahəsində əməkdaşlığın əsasının qoyulması olduğunu bildirərək, Yaponiyadan Azərbaycana səfər edən turistlərin sayının az olduğunu və birbaşa uçuşların olmadığını qeyd edib. O, memorandumun Azərbaycan-Yaponiya turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib və yaponiyalı turistlərin ölkəmizə cəlb edilməsi üçün geniş turizm potensialının mövcudluğunu diqqətə çatdırıb.

Yaponiya Turizm Agentliyinin rəhbəri Koiçi Vada Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 30 illiyində belə bir tədbirin baş tutmasından məmnunluğunu ifadə edərək, imzalanmış memorandumun ölkələrin qarşılıqlı tanıtımında yeni inkişaf istiqaməti kimi əhəmiyyətini vurğulayıb.

Səfər çərçivəsində Fuad Nağıyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Yaponiyanın Nara şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Qastronomiya Turizmi üzrə 7-ci Dünya Forumunun açılışında iştirak edib.

Həmçinin Forum çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü və gələn il ölkəmizdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında fikir mübadiləsi aparılıb. Turizmin dünyada sülhün və mədəniyyətlərarası dialoqun təmin edilməsində rolunun gücləndirilməsi, eləcə də Ümumdünya Turizm Təşkilatının bu prosesdə ənənəvi tərəfdaşlığının təmin edilməsi məsələsi diqqətə çatdırılıb.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90