image-2000x150
image-1677503230_arzuman-222-2backend

“Azərbaycanla güc dilində danışmaq mümkün deyil” -Arzuman Muradlı

image-728x90
“Qarabağda ermənilər arasında ciddi fikir ayrılıqları var. Bunu qondarma rejimin rəhbəri Araik Aruthunyan da etiraf edir. Bu onu göstərir ki, biz apardığımız işlə erməniləri reallıqla barışmağa vadar etmişik” –Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, artıq erməni cəmiyyəti anlayır ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil.
“Qarabağın ermənilər yaşayan hissəsində reallıq budur ki, əli silahlı separatçılar “müstəqllikdən başqa heç nəyi qəbul etmirik” deyib tutublar. Biz bu reallığı artıq dəyişmişik. İndi erməni cəmiyyəti Azırbaycanın Qarabağda apardığı tikinti quruculuq işlərini görərək başa düşürlər ki, onların nicatı yalnız Azərbaycanın tərkibində mümkündür.  Artıq Qarabağdakı ermənilər Azərbaycan qanunları ilə yaşamaq barədə müzakirələrə başlamaq haqqında fikirlər səsləndirirlər. Separatçıların lideri “Azərbaycanla reinteqrasiya” ifadəsini səsləndirib. Yəni əvvəllər dilə gətirmədikləri ifadələri istəmədikləri halda açıqlamağa başlayıblar.  Qarabağdakı ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqlar, yenə gücümüzü görməlidirlər. Qarşılarında növbət dəfə güc gördükdən sonra reallığı qəbul etmək məcburiyyətində qalacaqlar. Bunu erməni cəmiyyətinin ağıllı adamları anlayır və Azərbaycanla danışıqların labüdlüyünü müzakirə etməkdən çəkinmirlər. Əks halda Azərbaycan əsgəri  Xankəndinə daxil olandan sonra ermənilər ram ediləcək və onların bir hissəsi Azərbaycan qanunları ilə yaşamağı qəbul edəcəklər.”– deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90