image-2000x150
image-9backend

Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin əsas məqamları – Hovannisyan açıqladı

image-728x90

İrəvan və Bakının hələlik konsensusa gələ bilmədiyi sülh müqaviləsi layihəsinin əsas məqamları açıqlanıb.

Ulusal.az xəbər verir ki, Vətəndaş Müqaviləsi fraksiyasının katibi Artur Hovannisyan açıqlayıb.

“Əsas məqamlar ərazi bütövlüyünün qarşılıqlı tanınması, Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin həyata keçirilməsi, Ermənistanın suverenliyinin qorunmasıdır”, – Hovannisyan bildirib.

Eyni zamanda, onun sözlərinə görə, sülh müqaviləsində Ermənistanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün aydın mexanizmlər və təminatlar göstərilməlidir.

Bu kontekstdə Hovannisyan Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı əldə olunmuş razılaşmanın hələ də yerinə yetirilmədiyinə diqqət çəkib.

Sentyabrın 13-də Ermənistan XİN rəhbəri bildirib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb . Öz növbəsində, Ermənistanın baş naziri sentyabrın 14-də hökumətin iclasında ağlabatan müddətdə sülh müqaviləsinin mətni ilə bağlı öz şərhlərini Azərbaycana çatdıracağına söz verib .publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90