image-2000x150
image-1678787860-whatsapp-image-2023-03-14-at-13-38-30backend

“Azərbaycanla belə danışmaq qarşı tərəfə baş ucalığı verə bilməz” – Deputat

image-728x90

“Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qərar əslində, bu gün Avropada Azərbaycana qarşı olan ikili standartların nəticəsidir”.

Bunu “Unikal”a açıqlamasında deputat Mahir Abbaszadə deyib. O bildirib ki, qəbul edilən qərar Azərbaycana qarşı olan qərəzlilikdən xəbər verir:

“Avropa guya Azərbaycanda insan hüquqlarından narahatdır, amma onlar bizim torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə, 1 milyondan artıq məcburi köçkünün doğma torpaqlarından didərgin düşdüyü zamanda səslərini çıxarmayıblar. Əgər Avropa İttifaqı Azərbaycanda yaşayan ermənilərin həyatı ilə bağlı narahatdırsa, tarixə nəzər salsın. 300 min azərbaycanlı Ermənistandan qovularkən Avropa Parlamenti bir dəfə də olsun səsini çıxarmayıb. Əgər onlar Laçın yolunun blokadasından danışırlarsa, yadlarına salsınlar ki, Naxçıvan 30 ildir blokadadır, amma Avropa bir dəfə də olsun bu məsələlərdən danışmır.

Birinci və İkinci Qarabağ müharibəsindən sonra təxminən 4 min azərbaycanlının taleyi hələ də məlum deyil. Onlar hələ də itkin düşmüş hesab olunurlar. Avropa Parlamenti Ermənistanı bu məsələlərlə bağlı sorğu-sual etsə, daha yaxşı olar. Bu, Avropa Parlamentinin özünün nüfuzuna mənfi təsir göstərir. Onların deputatları anlamalıdırlar ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində bu gün Avropa enerji təhlükəsizliyi ilə bağlı rahat nəfəs ala bilir. Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, Azərbaycan ən yaxşı və etibarlı tərəfdaşdır. Ermənistanda fəaliyyət göstərən Avropa missiyası sülh müqaviləsinin imzalanmasına çalışmaq əvəzinə, bu problemləri üzə çıxarır ki, proses ləngisin. Avropa Parlamentinin üzvləri başa düşməlidirlər ki, artıq zaman həmin zaman kimi deyil. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarını azad edib.

Azərbaycanla belə danışmaq qarşı tərəfə baş ucalığı və yaxud dividendlər verə bilməz. Ola bilsin, Avropa Parlamentinin üzvləri düşünürlər ki, qəbul etdikləri qərəzli qərarlar sülh müqaviləsi imzalananda Ermənistana üstünlüklər verəcək. Əksinə, biz hesab edirik ki, bunlar hamısı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasıdır və Anti-Azərbaycan, Anti-Türk mübarizəsinin bir nümunəsidir. Bu qərarlar kağız üzərində qalacaq”, – deyə o qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90