image-2000x150
image-vaqif_1_1backend

Azərbaycanın təhlükəsizlik orqanlarının şərəfli fəaliyyət tarixi var

image-728x90

Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Azərbaycanın təhlükəsizlik orqanlarının şərəfli fəaliyyət tarixi vardır. Ulu öndər Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlanıb. Bu dövrdə dövlət təhlükəsizliyi orqanlarının şəxsi heyətində yerli və milli kadrların irəli çəkilməsi, sayının artırılması və onların azərbaycançılıq ruhunda tərbiyəsi yeni nəsil milli kadrların formalaşmasına səbəb oldu.
Bu uzaqgörən siyasət Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə tamamilə yeni əsaslara uyğun daha da möhkəmləndi, Azərbaycanın dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.

Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, martın 28-nin Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən Peşə bayramı kimi qeyd olunması bu dövlət qurumuna xüsusi etimadın nümunəsidir.

Milli təhlükəsizlik amilinə dövlətin fundamental ali prinsiplərindən biri kimi xüsusu diqqətlə yanaşan Prezident İlham Əliyevin müdrik addımları bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunmasında müstəsna rol oynayıb. Cənab Prezidentin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması təhlükəsizlik orqanlarının fəaliyyətində səmərəliliyin artmasına, yeni dövrün tələblərinə uyğunlaşmasına, antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Zəfərlə başa çatan Vətən müharibəsində düşmənə sarsıdıcı zərbənin vurulmasında və şanlı qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının rolu da mühüm əhəmiyyətə malikdir.

Bu gün azad edilmiş ərazilərimizdə, Şuşa, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində DTX-nin yerli şöbələri xidmət göstərir.

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 104 illiyi və Peşə Bayramı münasibətilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənin etibarlı müdafiəsi və təhlükəsizliyi, daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində uğurlar arzulayıram!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90