image-2000x150
image-2backend

Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi

image-728x90

Noyabrın 8-də Zəfər günü münasibətilə Xankəndi şəhərində hərbi parad keçirilib. Paradda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və onların oğulları Heydər Əliyev iştirak ediblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Ardınca Dövlət başçısı cənab İlham Əliyev şəxsi heyəti salamladı. Daha sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, hərbi orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi. Prezident İlham Əliyev hərbçiləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi.
“ Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”- deyə Prezident çıxışı zamanı bildirdi.
20 il bundan öncə cənab İlham Əliyev həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqına söz vermişdi ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Həmin an yetişdi və artıq Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu. Qarabağ Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Prezident İlham Əliyev qələbəsi ilə bunu bir daha sübut etdi. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Bu, böyük tarixi hadisədir. 44 gün ərzində apardığımız bütün hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. 44 günlük Vətən müharibəsində döyüş meydanında düşməni məğlub edib şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti çıxışı zamanı bizə yeni müharibə lazım olmadığını, istədiyimizə nail olduğumuzu və beynəlxalq hüququ bərpa etdiyimizi bildirib. Azərbaycan bayrağı bütün Qarabağ bölgələrində və doğma Xankəndimizdə dalğalanır. Bu Prezident İlham Əliyevin hakimiyyəti illərinə yazılmış böyük qələbədir.

Nənəxanım Məmişova
Bakı Qızlar Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90