image-rt-reklam
image-2backend

Azərbaycanın müstəqil siyasət yürütməsini Qərbin bəzi dairələri   qəbul edə bilmirlər

image-728x90

Hələ də Avropanın müəyyən dairələrində antiazərbaycan əhval-ruhiyyəsi qalmaqda davam edir. Bu, bir tərəfdən erməni diaspor dairələrinin apardığı uzunmüddətli təbliğatla bağlıdır. Digər tərəfdən isə Qərbdə bəzi dairələr Azərbaycanın müstəqil siyasət həyata keçirməsini qəbul edə bilmir. Onların fikrincə, Azərbaycan bəzi Asiya və Afrika ölkələri kimi Avropanın siyasi və iqtisadi mərkəzlərinin təsiri altında olmalıdır. Həm daxili, həm də xarici məsələlərdə onların tövsiyələrinə əməl etməlidir. Amma Azərbaycanın güclü və qüdrətli dövlət kimi müstəqil siyasət yeritməsi, milli maraqlara uyğun olaraq addımlar atması, Avropa İttifaqının ikili standartlarını qəbul etməməsi onlarda qıcıq yaradır.

Məhz bu səbəblərdən həmin dairələr tərəfindən qərəzli şəkildə anti-Azərbaycan təbliğat aparılır. Ancaq bu, Azərbaycanın müstəqil siyasətinə qətiyyən təsir etmir və edə də bilməz.

Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinin fevralın 28-də ölkəmizə səfəri bu ölkənin işgüzar dairələrinin Azərbayacana olan marağının nəticəsidir. Alman iş adamlarının Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyini qeyd etmələri vacib məqamdır. Digər tərəfdən ölkələrimizin arasında yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirilib. İşgüzar dairələrin bu yanaşması Azərbaycana qarşı siyasi dairələrdən obyektiv mövqe formalaşdıra bilər. Alman iş adamları Azərbaycana investisiya yatırılmasında, qeyri-neft sektoruna sərmayə qoyuluşunda maraqlıdırlar. Azərbaycan bunun üçün açıqdır. Hesab edirəm ki, Azərbaycan-Almaniya işgüzar münasibətlərində bundan sonra biz bir çox yeni layihələrin həyata keçirilməsinin şahidi olacağıq.

Türkan Cümşüdova – YAP üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90