image-2000x150
image-1backend

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi

image-728x90

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib.

Ulusal.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hazırda İsveçdə yaşayan Milli Qəhrəmanın yaxınları bildiriblər.

“Şahin Tağıyev 3 gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib”, – ailə üzvləri Milli Qəhrəman haqqqında danışarkən deyiblər.

Qeyd edilib ki, hazırda onun vəziyyəti stabildir və xəstəxanada müalicə alır.

“İlk gün isə vəziyyəti kritik ağır idi. Allaha şükür ki, həyatdadır və ümid edirik ki, o, yaxın günlərdə tamamilə sağalıb öz evinə dönəcək”.

Qeyd edək ki, Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biridir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90