image-rt-reklam
image-img-20250225-wa0053backend

Azərbaycanın Mərkəzi Asiya turizm bazarında əlaqələri genişləndirilir – FOTOLAR 

image-728x90

Azərbaycan Turizm Bürosu 18-24 fevral tarixlərində müvafiq olaraq Bakı, Daşkənd və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində iştirak edib.

Tədbirlər çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 25-dən çox aparıcı turizm şirkətləri və turoperatorları ilə görüşlər keçirilib, sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Premium turizm bazarına fokuslanan müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq səviyyəli dağ-xizək, sağlamlıq və istirahət mərkəzləri, o cümlədən lüks turizm imkanları və biznes turizmi sektoru haqqında iştirakçılara məlumat verilib.

Qeyd edək ki, ümumilikdə 2024-cü il ərzində Mərkəzi Asiya regionundan Azərbaycana səfər sayı 180 528 nəfər təşkil edib ki, bu da öz növbəsində 2023-cü illə müqayisədə 34%-dən çox artımdır.

“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana, Aktau, Daşkənd və Düşənbə arasında yerinə yetirdiyi birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artırır və ölkələrarası əlaqələri gücləndirir.

image-img-20250225-wa0054 image-img-20250225-wa0053 image-img-20250225-wa0052 image-img-20250225-wa0051

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90