image-rt-reklam
image-1backend

Azərbaycanın məhkəmə sisteminə müdaxilə qəbuledilməzdir

image-728x90

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalkonun Azərbaycanda məhkəmə sistemi ilə bağlı açıqlamasını əsassız hesab edir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” sosial şəbəkəsində yazıb.

“Bu əsassız və məsuliyyətsiz iddiadır! Yaxşı olardı ki, səfir bir sıra Aİ ölkələrinin məhkəmə sistemlərindəki ədalətsizliyə və amansız rəftara diqqət yetirsin”, – deyə A.Hacızadə yazıb.

O həmçinin, Azərbaycanın qabaqcıl dünya praktikasına əsaslanmış məhkəmə sisteminə müdaxilənin yolverilməz olduğunu qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90