image-2000x150
image-img-20240315-wa0002backend

Azərbaycanın ərazi bütövlüyünün tam bərpası sonuncu Qlobal Forumdan sonra dünyada baş verən əsas geosiyasi dəyişiklik olub

image-728x90

Mart ayının 14-də ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Həmin gün Bakıda, Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib.

Qeyd ediməlidir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
“Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, ümumilikdə 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak ediblər.
Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanı olaraq iki gün davam edib. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınaraq qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Forumda dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə də toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulub, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb.
Tədbirdə xüsusi olaraq qeyd edilib ki, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bildirib ki: “Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.
Qeyd edilib ki, sonuncu Qlobal Forumdan sonra dünyada və regionda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğu və etnik təmizləməyə məruz qaldığını bildirən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.
Forumda iştirakçıların nəzərinə çatdırılıb ki, indi Qarabağ məsələsi artıq bağlanıb və hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşılıb. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.
Forumda qeyd edilib ki, 2023-cü ilin centyabrında həyata keçirilən 1 günlük antiterror əməliyyatından sonra düşmənin hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə edilib ki, onların dəyəri təqribən bir milyard dollar, İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın olub.
“Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, – deyə dövlətimizin başçısı qeyd edib.
Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın da regionda və ondan kənarlarda yürütdüyü siyasət tənqid edilib. Bildirilib ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.

image-israfil-kerimov-1

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90