image-2000x150
image-3backend

Azərbaycanın ən böyük şirkəti SOCAR-ın Türkiyəyə dəstəyi

image-728x90

6 fevral Türkiyədə 100 ilin fəlakəti olandağıdıcı zəlzələ baş verdi. Belə ki 10-dan çox şəhər yerlə-yeksan oldu. Bu fəlakətin nəticələrini aradan qaldırmaq qardaş ölkə üçün bir qədərçətin sınaqdır. Çünki hələ də dağıntılar altında qalan minlərlə insan vardır. Lakin Türkiyə dövlət başçısının göstərişi ilə ölkənin bütün xilasediciləri dağıntılar altında qalan insanları xilas etmək üçün səfərbər olmuşlar. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı iləzəlzələnin ilk saatlarından etibarən FHN-nin xilasedici qüvvələri qardaş ölkənin köməyinə yetişmişdir.Zəlzələ bölgəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 34 nəfər tibbi heyəti olmaqla 725 xilasedicisi fəaliyyət göstərir.Bundan başqa dövlətimiz xalqımızın dəstəyi ilə Bakıdan Türkiyəyə 88 tır yardım göndərmişdir.

Azərbaycanın ən böyük şirkəti SOCAR Türkiyə xalqı üçün yardımlarını əsirgəmir.Şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.“SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.Şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.Bundan başqa “SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lirə məbləğində əsas tələbat malları təhvil vermişdir, 3,5 milyon lirə isə bağışlamışdır. Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lirə dəyərində materialı təmin edib. Beləliklə SOCAR şirkətinin Türkiyə dövlətinə böyük dəstəyi danılmazdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq vermişdir. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilmişdir. Prezident İlham Əliyev son çıxışında ölkəmizindağıntılar altında qalan yaralıları qəbul etməyə hazır olduğunu qeyd etmişdir.

Türkiyə mətbuatıAzərbaycan xalqının zəlzələdən zərər çəkənlər üçün səfərbər olduğunu yazmışdır.Dövlət başçımız Türkiyənin Bakıdakı səfirliyini ziyarət etmiş, matəm kitabına ürək sözlərini yazmışdır. İlham Əliyev səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olmasını dönə-dönə vurğulayıb.

 

Ağaquliyeva Aytac

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90