image-rt-reklam
image-media-ed7c0e2f-f24a-4cf7-9684-8daa1b1e2ab8-2hiakqgwxrv8pbey4m75-620x460backend

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu

image-728x90

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın keçdiyi inkişaf yolunun və onların fonunda qarşıda dayanan hədəflərin təqdimatıdır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində martın 1-də Bakıda öz işinə başlayan nazirlərin 10-cu toplantısında Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət təmsil olundu. 

Toplantının açılış mərasimindən sonra davam etdirilən sessiyaların mövzularına diqqət yetirmək kifayətdir ki, hazırkı dövrün əsas çağırışları barədə aydın təsəvvür yaransın. “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzuları ətrafında aparılan müzakirələrdə Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un ölkəmiz üçün əhəmiyyəti xüsusi qeyd edildi. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirildi. 

Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqamlar dövlət siyasətimizin gündəliyində xüsusi yer tutur. Bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri təsis olunur. 

Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması həm də yaşıl enerji kimi mühüm məsələyə verilən diqqətin təzahürüdür. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın. 

“Dövlətimizin başçısı martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımızın hələ uzun illər istismarı mümkündür. Lakin, elə bu sahədən qazandığımız gəliri yaşıl enerjiyə yatırmaq bərpaolunan enerjiyə verdiyimiz xüsusi töhfədir. Məhz Azərbaycanın bu sahədə atmış olduğu addımlar digər dövlətlər üçün nümunəyə çevrilməli və onlar iqlimin qorunmasında bərabər iştiraka cəlb olunmalıdır.

Aysel Mənsimova – politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90