image-2000x150
image-ordumuz-yeni-2021backend

“Azərbaycanın cavabı amansız olacaq” – Arzuman Muradlı

image-728x90

“Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması, həmçinin İran dronlarından istifadə etməsi  onu deməyə əsas verir  ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur.”

image-media-arzuman_muradli-yeni_foto_2-amt6k2jxcq8p7rwno0e3-620x460

Bu sözləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı ermənilərin bu gecə törətdikləri təxribat barədə danışarkən bildirib.

“Nikol Paşinyan bu təxribatın anonsunu bir neçə gün öncə vermişdi. Görünən odur ki, rəsmi İrəvan sülh müqviləsi bağlamaqdan yayınmaq üçün bu təxribatları həyata keçirir. Bir sözlə Ermənistan heç bir zaman səmimi olmayıb. Onların sülhlə bağlı heç bir niyyəti yoxdur. Hər zaman olduğu kimi, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb. Bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görür və görəcək. Ölkə preizdenti İlham Əliyevin dünən Şuşadan verdiyi bəyanat da erməniləri qorxuya salıb. Erməni tərəfi təxribat törətməklə yenidən bu münaqşiəni alovlandırmaq və dünyanın diqqətində saxlamaq istəyir. Amma unudurlar Azərbaycanın cavabı amansız olacaq”, – deyə Arzuman Muradlı bildirib.b

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90